Koronavirusun mutasiya növü daha bir ölkədə aşkarlandı

Koronavirusun mutasiya növü daha bir ölkədə aşkarlandı İngiltərədə yayılan koronavirusun yeni mutasiya növünün daha yoluxucu variantı İsraildə də aşkar edilib.
İsrail Səhiyyə Nazirliyinin açıqlamasında 4 nəfərin bu tip virusa yoluxduğu bildirilib..
Yoluxan şəxslərin 3-nün İngiltərədən səfər etdiyi, birinin isə ölkə xaricinə çıxmadığı müəyyən edilib.
Qeyd edək ki, İngiltərədə koronavirusun mutasiyaya uğramış yeni variantı aşkar edildikdən sonra İsrail Britaniya, Danimarka və Afrikadan gələcək xarici vətəndaşların ölkəyə buraxılmayacağını, İsrail vətəndaşlarının isə otellərdə 10-14 gün müddətinə karantinə alınacağını elan etmişdi.

Tehsil-press.az

Oxşar xəbərlər