“Media könüllüləri-145” layihəsinin təlimləri uğurla davam edir. Növbəti onlayn təlimlərdə NTV-nin xəbər aparıcısı, Türkiyənin Nişantaşı Universitetinin müəllimi Seda Öğretir və həmin universitetin digər müəllimi Hamdi Arslan Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin tələbələri ilə görüşüblər.
İlk seminarda Seda Öğretir tələbələrin onlayn medianın sürətlə inkişaf etdiyi bir çağda telejurnalistlər müasir zamanın “nəbzi”ni necə tutmalıdır? Xəbər aparıcısı necə olmalıdır? Gözəl diksiyaya necə sahib olmaq olar? və s. kimi suallarını cavablandırıb.
Seda Öğretir, həmçinin ənənəvi media sayılan telejurnalistikanın yeni mediaya transformasiya olunmağından bəhs edib. Qeyd edib ki, yeni media insanların kompüter, internet, mobil texnologiyalardan istifadə etməklə, zaman və məkan asılılığı olmadan ünsiyyət qurduqları media mühitidir. Yeni media kommunikasiya mühitinin internet üzərində olmasıdır.
“Onlayn”a transformasiyanın vacibliyini vurğulayan Seda Öğretir xəbər aparıcılığı etdiyi media qurumu - NTV-nin də bu mühitə konvergensiyasından danışıb.
Xəbərin çatdırılmasından bəhs edən Seda Öğretir xəbər aparıcılarının özəlliklərini də vurğulayıb. Onun fikrincə, xəbər aparıcısı gözəl olmaya bilər, amma baxımlı, səliqəli olmalıdır. Xanım aparıcılar izləyicini özünə yox, xəbərə cəlb etməlidir. Qırmızı dodaq boyası, gözqamaşdırıcı aksesuarlardan istifadə etmək izləyicinin fikrini xəbərdən yayındırır.
Görüşdə H.Arslan telexəbərdə qrafiklərdən istifadə haqqında danışıb və tələbələrin bir sıra suallarını cavablandırıb.
Qəzetlərdə, kitablarda oxucuları cəlb etmək üçün bəzəkli qrafik elementlərdən, şrift stillərindən istifadənin doğru olmadığını, dizaynın yox, əsas mövzunun oxucunu cəlb etməli olduğunu deyib. O, türk maqazin mediasında belə hallara çox rast gəlindiyini söyləyib.
Layihədə Bakı Dövlət Universitetinin 145 tələbəsi iştirak edir.
Budəfəki təlimlərdə müəllimlərin dərsləri barədə mətbuatda, sosial şəbəkələrdə çıxış edən tələbələrdən ən yaxşı 10 yazı müəllifi Nişantaşı Universitetinin Jurnalistika fakültəsinin onlayn dərslərinə qatılmaq imkanı əldə edəcək. Layihə çərçivəsində növbəti təlimlər SMM işi (sosial media meneceri) ilə bağlı olacaq.
Qeyd edək ki, “Media könüllüləri-145" layihəsi Azərbaycan milli mətbuatının yaranmasının 145 illiyinə və “Könüllülər ili”nə həsr olunub. Layihənin rəhbəri Parlament Jurnalistlər Birliyinin sədri Elşad Eyvazlıdır. Layihənin əsas məqsədi tələbə jurnalistlərin xarici mediaya inteqrasiyasını təmin etmək və bu vasitə ilə Azərbaycanın haqq səsini dünyaya çatdırmaq, onların bilik və bacarıqlarını artırmaq, cəmiyyət üçün həssas və ciddi sahə olan jurnalistika sahəsində peşəkar addımlamalarına təkan verməkdir.
Tehsil-press.az