Xaricdə yaşayan soydaşlarımız 44 günlük Vətən müharibəsində dövlətimizə, ordumuza, qəhrəmancasına həlak olan şəhidlərimizin ailə üzvlərinə və yaralı hərbi qulluqçularımıza dəstək aksiyalarını davam etdirirlər.
Digər ölkələrdə olduğu kimi, Rusiyada yaşayan soydaşlarımız da bu işdə xüsusi fəallıq göstərirlər. Soydaşlarımız Azərbaycan Diasporuna Dəstək Fondu və Silahlı Qüvvələrə Yardım Fondu vasitəsilə, eləcə də birbaşa şəhid ailələri və qazilərə yardım ediblər. Yalnız 44 günlük Vətən müharibəsi dövründə Rusiyada yaşayan soydaşlarımız tərəfindən ölkəmizə 1,6 milyon manat (müxtəlif valyutalar üzrə: 1 milyon 470 min 779,74 AZN, 5492 ABŞ dolları, 5 milyon 46 min 764 rubl) məbləğində dəstək göstərilib.
Bundan başqa, soydaşlarımızın təşəbbüsü ilə yaralı və əlil qazilərimiz üçün Rusiyadan Azərbaycana 2 ədəd “Dermatom” cərrahi aparatı və onun əlavə ehtiyat hissələrindən ibarət dəst, 92 ədəd “İlizarov” aparatı göndərilib. Rusiyada yaşayan soydaşlarımız tərəfindən alınan 566 ədəd əlil arabası isə yaxın günlərdə Bakıya çatdırılacaq.
Qeyd edək ki, qəlbi hər zaman tarixi vətənləri ilə döyünən xaricdəki soydaşlarımız 44 günlük Vətən müharibəsi ərzində Azərbaycan diasporunun güclü fəaliyyətini, misilsiz birlik və yekdilliyini bütün dünyaya nümayiş etdirdilər. Sistemli və mütəşəkkil şəkildə fəaliyyət göstərən diasporumuz birmənalı olaraq Azərbaycan dövlətinin yanında olduğunu bir daha dünya ictimaiyyətinə bəyan etdi.
Tehsil-press.az