Hamımız üçün əziz olan 31 dekabr həm də planetin müxtəlif guşələrinə səpələnmiş azərbaycanlıların milli vəhdət günü – həmrəylik günüdür və bu gün bütün soydaşlarımız tərəfindən əlamətdar bir tarix kimi hər il təntənə ilə qeyd edilir. Azərbaycan Respublikası müstəqilik qazandıqdan sonra əldə etdiyimiz ən böyük uğurlardan biri də məhz bu gün xaricdə yaşayan soydaşlarımızın və həmvətənlərimizin ölkəmizlə əlaqələrinin daha da möhkəmlənməsi, dünya azərbaycanlıları arasında birliyə və həmrəyliyə nail olmağımızdır.
Ulu öndərimiz Heydər Əliyevin irəli sürdüyü təşəbbüs nəticəsində 20 il əvvəl təsis edilən bu əziz bayram dünyadakı bütün soydaşlarımızın qəlbini Vətən hərarəti ilə isidir və müstəqil Azərbaycan dövlətinə məhəbbət hissi aşılayır. Bu gün dünyada 50 milyona yaxın azərbaycanlı yaşayır. Onlar harda yaşasalar da, qərib ellərdə məskunlaşsalar da, sərhədsiz dünyamızın harasında olsalar da, yenə Vətən – Azərbaycan deyirlər. Söz yox ki, məhz Vətən onun müqəddəs adını dünyada tanıdan övladlarının əməllərində yaşayır. Təbii ki, Azərbaycanın gələcək inkişafı dünyanın müxtəlif ölkələrinə səpələnmiş hər bir azərbaycanlının qazandığı uğurlardan da çox asılıdır. Elə buna görə də hansı ölkədə yaşamalarından asılı olmayaraq həmvətənimiz, dövlət müstəqilliyimizin qorunub möhkəmlənməsi barədə düşünməli və bunun üçün əllərindən gələni etməlidirlər.
Müstəqil Azərbaycan Respublikası dünyada yaşayan bütün azərbaycanlılar üçün doğma Vətənidir. Hansı ölkədə yaşamalarından asılı olmayaraq azərbaycanlılar öz ana dilini, dinini, milli adət və ənənələrini heç zaman unutmamalıdırlar. Hər bir azərbaycanlı fəxr etməlidir ki, onun böyük tarixə, qədim, zəngin mədəniyyətə malik Azərbaycan kimi vətəni var. Hər bir azərbaycanlı bilməlidir ki, onun arxasında Azərbaycan Respublikası kimi müstəqil bir dövlət durur.
İstəyirik ki, müxtəlif ölkələrdə yaşayan azərbaycanlılar həmin ölkələrin vətəndaşları kimi yaşasınlar. Ancaq heç vaxt öz milli köklərini, milli mənsubiyyətlərini itirməsinlər. Bizim hamımızı birləşdirən tarixi köklərimiz, milli mənəvi dəyərlərimiz, milli mədəniyyətimizdir, ədəbiyyatımız, incəsənətimiz, musiqimizdir, xalqımıza mənsub olan adət-ənənələrimizdir. Bu söylənilənlərinsə həyata vəsiqə alması yolunda hər birimiz var-gücümüzlə çalışmalıyıq.
31 dekabr Yeni il münasibətilə dövlət başçımız İlham Əliyev başda olmaqla, bütün xalqımızı, dövlətimizi təbrik edir, hər kəsə sevinc, xoşbəxtlik arzulayıram.
Namiq Ağamalıyev – Azərbaycan
Memarlıq və İnşaat Universitetinin
nəzdində İnşaat Kollecinin direktoru