Uşağının ad günündə qayınanasını öldürüb - Şəkidəki qətlin təfərrüatı

Uşağının ad günündə qayınanasını öldürüb - Şəkidəki qətlin təfərrüatı Ötən gün Şəkidə baş verən qətl hadisəsinin təfərrüatı məlum olub.
37 yaşlı Rahim Cəlilovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı öldürdüyü şəxs onun qayınanası olub.
Belə ki, 60 yaşlı Ruqiyə Əhmədova axşam saatlarında nəvəsinin ad gününü təbrik etmək üçün kürəkəni və qızının birgə yaşadığı evə gəlib. Həmin vaxt tərəflər arasında hələ ki, məlum olmayan səbəblərdən mübahisə yaranıb və Rahim Cəlilov qayınanasına bıçaqla xəsarət yetirərək onu öldürüb.
Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, o cümlədən digər təxirəsalınmaz hərəkətlər yerinə yetirilib.
Faktla bağlı Şəki rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib. Rahim Cəlilov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Tehsil-press.az



Oxşar xəbərlər