Senat Trampa bəraət verdi

Senat Trampa bəraət verdi ABŞ Senatı Prezident Donald Trampa impiçment proseduru çərçivəsində hər iki ittiham üzrə bəraət verib.
Senatorlar Trampı vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və Konqresin fəaliyyətinə mane olmaq ittihamları üzrə günahkar bilməyiblər. Bununla da Ağ Ev rəhbəri mühakimə olunmayacaq və hakimiyyətdən uzaqlaşdırılmayacaq.
Qeyd edək ki, Trampın hakimiyyətdən göndərilməsi üçün senatorların üçdə ikisinin səsi tələb olunurdu. Ancaq bu baş tutmayıb. Senatda üstünlük təşkil edən Respublikaçılar əvvəlcədən Trampa qarşı impiçment elan etmək niyyətində olmayıb.
Qeyd edək ki, Tramp ABŞ tarixində impiçment elan edilmiş üçüncü prezidentdir.

Tehsil-press.az

Oxşar xəbərlər