Tramp tezliklə vəzifəsindən qovulacaq - Konqres hərəkətə keçdi və...

Tramp tezliklə vəzifəsindən qovulacaq - Konqres hərəkətə keçdi və... ABŞ prezidenti Donald Trampın Ukraynaya siyasi rəqibi - ABŞ-ın keçmiş vitse-prezidenti Co Bayden əleyhinə istintaq başlatması üçün təzyiq göstərmək cəhdləri impiçment üçün ciddi əsas yaradır.
Amerikalı ekspertlər belə düşünür.
Ötən həftə ABŞ Konqresi Nümayəndələr Palatasının spikeri Nensi Pelosi impiçment proseduru ilə bağlı rəsmi araşdırmanın başladığını elan etdi. Onun sözlərinə görə, Trampın hərəkətləri onun prezidentliyə, milli təhlükəsizliyə və seçkilərin şəffaflığına xəyanət etdiyini göstərir.
Əsas sual budur ki, istintaq zamanı demokratlar bu işdə Amerika xalqını inandıra bilmək üçün sübut bazası qura biləcəklərmi və nəticədə respublikaçı senatorlar sonda ABŞ prezidentini hakimiyyətdən uzaqlaşdırmağın vacibliyini düşünəcəklərmi?
Amerika liderinin mühakimə olunması nə dərəcədə mümkündür?
ABŞ-ın qurucularından biri olan Aleksandr Hemilton impiçmentin qaldırıla biləcəyi qanun pozuntularını ictimai etimaddan istifadə və ya vəzifəsindən sui-istifadə olaraq xarakterizə edib. Bu o deməkdir ki, impiçment təqdim etmək üçün cinayət məsuliyyətinə cəlb olunmaq kimi cinayət işlənməsi məcburiyyəti yoxdur. Bu durumda Konqres əxlaqi bir kompas rolunu oynayır - iqtidarda olarkən nə ediləcəyi və nəyin edilməməsi.
Trampın siması və hərəkətləri ətrafında Amerika cəmiyyətindəki qütbləşmə bu işə dair birmənalı qərar verməklə vəziyyəti asanlaşdırmır. Dövlət İdarəetmə mütəxəssisi Con Hadek, "impiçment hüquqi və konstitutsion bir məsələdir, eyni zamanda bir siyasi məsələdir" deyib.
İndiyə qədər respublikaçıların əksəriyyəti hərəkətlərinin impiçment altına düşməməsini əsas gətirərək prezidentin mövqeyini müdafiə edib. Bununla birlikdə, ekspertlər deyir ki, istintaq zamanı yeni detalların və şahidlərin meydana çıxması ilə bu dəyişə bilər.
İmpiçment mərhələləri
İmpiçment proseduru üç əsas mərhələdən ibarətdir: Nümayəndələr Palatası tərəfindən məsələnin araşdırılması, sənədin hazırlanması və qəbul edilməsi. İşin Senatda birbaşa müzakirəyə buraxılması və yekun nəticə. Hazırda impiçment prosedurunun birinci mərhələsi başlanıb. Nümayəndələr Palatasındakı demokratlar istintaqa başlayıb və artıq ABŞ dövlət katibi Mayk Pompeodan Ukrayna məsələsinə dair sənədləri tələb ediblər. Bundan başqa, ilk şahid olaraq Dövlət Departamentinin Ukrayna ilə əlaqəli beş nümayəndəsini ifadəyə çağırıblar. Bu işdə əsas şahidin, ABŞ prezidenti ilə Ukrayna lideri Vladimir Zelenski arasında telefon danışığından xəbərdar olan MKİ məmurunun ifadə verməsi də gözlənilir.
Konqres impiçment üçün əsas olan üç ümumi kateqoriyanı müəyyənləşdirir (baxmayaraq ki, reallıq yalnız bu müddəalarla məhdudlaşmır): qanundan sui-istifadə, vəzifə və ya vəzifələrin icrasına uyğun olmayan davranış, şəxsi mənfəət üçün qanunsuzluğa yol vermək.
İmpiçment maddələrini hazırladıqdan və səsvermədən sonra iş Senata keçir. İmpiçment prosesinə Amerika Birləşmiş Ştatları Ali Məhkəməsinin baş hakimi Con Roberts rəhbərlik edəcək. Bu müddətdə Nümayəndələr Palatası müstəntiq rolunu oynayacaq, prezident öz vəkilləri ilə təmsil olunacaq. Bu vəziyyətdə senatorlar münsiflər heyəti rolunu oynayacaq və nəticədə hökm çıxarmalı olacaqlar.

Tehsil-press.az



Oxşar xəbərlər