Bayden ABŞ-a gələnlərə yeni tələblər qoydu

Bayden ABŞ-a gələnlərə yeni tələblər qoydu ABŞ Prezidenti Co Bayden ölkəyə gələnlərlə bağlı yeni qaydaları elan edib.
ABŞ-a gələnlər koronavirusla əlaqədar olaraq test verməklə yanaşı, karantinə alınacaqlar.
“Yeni ştammın meydana gəlməsi səbəbindən digər ölkələrdən ABŞ-a gələnlər maska taxmaq, test verməklə yanaşı, karantinə alınacaqlar”, - deyə Bayden bildirib.
Amerikalı lider karantin müddətinin nə qədər olacağı və qaydaların nə vaxtdan tətbiqə başlanacağı barədə hələ ki heç bir açıqlama verməyib.

Tehsil-press.az




Oxşar xəbərlər