Qəbul imtahanlarında istifadə edilən qiymətləndirmə tapşırıqları ilə bağlı hazırlıq kursları keçiriləcək

Qəbul imtahanlarında istifadə edilən qiymətləndirmə tapşırıqları ilə bağlı hazırlıq kursları keçiriləcək Dövlət İmtahan Mərkəzinin ekspertləri tərəfindən yanvarın 30-31-də tarix, fizika, kimya, biologiya və coğrafiya fənləri üzrə qəbul imtahanlarında istifadə edilən qiymətləndirmə tapşırıqlarının hazırlanması və onların yoxlanılmasına dair hazırlıq kursları keçiriləcək.
COVID-19 pandemiyası ilə bağlı ölkədə tətbiq edilən xüsusi karantin qaydaları nəzərə alınaraq hazırlıq kursları “Zoom” platforması üzərindən həyata keçiriləcək.
Kurslarda Bakı, Gəncə, Şəki, Bərdə, Şirvan və Lənkərandan hazırlıq kurslarına elektron qeydiyyatdan keçmiş müəllimlər, metodistlər, ali təhsil müəssisələrinin pedaqoji profilli fakültələrinin sonuncu kurs tələbələri və magistrlər iştirak edəcəklər.

Tehsil-press.az



Oxşar xəbərlər