Dövlət İmtahan Mərkəzində (DİM) fənlər üzrə “Zoom” platforması üzərindən onlayn hazırlıq kursları keçirilib.
Kurslar Azərbaycan dili, ingilis dili, riyaziyyat, tarix, fizika və biologiya fənlərindən buraxılış və qəbul imtahanlarında istifadə edilən müvafiq fənn kurikulumunun nəticələrinə uyğun qiymətləndirmə tapşırıqlarının hazırlanması və onların meyarlar əsasında yoxlanılmasına həsr olunub.
Hazırlıq kurslarında yalnız elektron qeydiyyatdan keçmiş, ixtisası müvafiq fənlərə uyğun müəllimlər, metodistlər iştirak ediblər.
Hazırlıq kursunun açılışında çıxış edən DİM-in şöbə müdiri Afiqə Batıyeva şanlı ordumuzun qazandığı böyük tarixi qələbədən, xalqımızın və ordumuzun Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında necə birləşdiyindən bəhs edib. Torpaqlarımızın işğaldan azad olunması uğrunda canını fəda etmiş şəhidlərimizin ruhuna ehtiramını bildirib və yaralılara şəfa diləyib.
Sonra müdavimlərə 2 aylıq kurs materialının nəzəri hissəsinin mövcud şəraitə görə bir neçə saat ərzində onlayn qaydada keçiriləcəyini, II mərhələdə müdavimlərin ev tapşırıqlarını moderatorlara təqdim edərək hazırlıq kursunun proqramına əsasən iştirakçılarla praktiki mərhələnin internet vasitəsi ilə həyata keçiriləcəyini və sonuncu mərhələdə kurs iştirakçılarının kalibrləmə prosesindən keçmək üçün yaşadığı əraziyə ən yaxın DİM-in Regional bölmələrinə yaxınlaşaraq yoxlama prosesi ilə tanış olacaqlarını qeyd edib.
Hazırlıq kurslarında Azərbaycan dili fənni üzrə moderator Saməddin İbrahimov, ingilis dili fənni üzrə moderator Nərminə Əliyeva, riyaziyyat fənni üzrə DİM-in əməkdaşı Samir Hüseynli, tarix fənni üzrə moderator Hafiz Cabbarov, fizika fənni üzrə moderator Əlövsət Rəcəbli və biologiya fənni üzrə moderator Eynulla Musayev müvafiq fənn kurikulumu və imtahanlarda mənimsənilmə səviyyəsinin yoxlanılması və qiymətləndirilməsi mümkün olan alt standartlar, onları reallaşdıran mövzular, qiymətləndirmə vasitələrinin formaları, məzmunu və qiymətləndirmə meyarlarının hazırlanması ilə bağlı təqdimatlar ediblər.
Qeyd edək ki, hazırlıq kursunun iştirakçılarının şəxsi məlumatları mərkəzin elektron “Məlumat bazası”na daxil ediləcək. Onlara DİM-in sertifikatı veriləcək. Gələcəkdə onlar DİM-lə əməkdaşlığa cəlb ediləcəklər.
Tehsil-press.az