Ötən tədris ilində yeni təhsil proqramları (kurikulumlar) əsasında qiymətləndirmə materiallarının hazırlanması, ekspertizası və yoxlanılması ilə bağlı Azərbaycan dili, rus dili, riyaziyyat, kimya, fizika, biologiya, tarix, coğrafiya və xarici dil fənləri üzrə hazırlıq kursları təşkil edilib. Kurslarda elektron qeydiyyatdan keçmiş müəllimlər, metodistlər və pedaqojiyönümlü ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin müvafiq fənn üzrə təhsil alan sonuncu kurs tələbələri və magistrləri iştirak ediblər.
Bu məlumat 2018/2019-cu tədris ili üçün Azərbaycan Respublikasının ali və orta ixtisas təhsil müəssisələrinə tələbə qəbulu və ümumtəhsil müəssisələri üzrə buraxılış imtahanları ilə bağlı DİM-in elmi-statistik təhlilində yer alıb.
İndiyədək Bakıda 23, bölgələrdə (Salyan, Göyçay, Şəki, Biləsuvar (2 dəfə), Bərdə, Lənkəran, Şirvan, Xaçmaz (2 dəfə) 40 kurs təşkil olunub. Kursu müvəffəqiyyətlə keçmiş 798 nəfər sertifikat alıb və onların şəxsi məlumatları “Elektron məlumat bazası”na daxil edilib. Həmin şəxslər DİM ilə tapşırıq müəllifi, ekspert və imtahan materialların yoxlanılmasında marker kimi əməkdaşlıq edə bilərlər.
Tehsil-press.az