Yüksək Texnologiyalar Parkı Vətən müharibəsi iştirakçısı olmuş əməkdaşlarını təşəkkürnamə ilə təltif edib

Yüksək Texnologiyalar Parkı Vətən müharibəsi iştirakçısı olmuş əməkdaşlarını təşəkkürnamə ilə təltif edib 44 günlük Vətən müharibəsində böyük şücaət və yüksək döyüş hazırlığı göstərərək torpaqlarımızı düşmən tapdağından azad edən qəhrəmanlar arasında AMEA Yüksək Texnologiyalar Parkının (YT Park) əməkdaşları da var.
Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması və ərazi bütövlüyünün bərpa edilməsi zamanı hərbi əməliyyatlarda iştirak edərək igidlik göstərmiş, vəzifə borcunu ləyaqətlə və vicdanla yerinə yetirmiş YT Parkın şəbəkə adminstratoru Qurbanəli Azayev və parkın rezidenti olan Təcrübə-Sənaye Zavodunun istehsal sahəsinin aparatçısı Razi Nuriyev texnopark tərəfindən təşəkkürnamə və mükafatla təltif olunublar.
Q.Azayev Kəlbəcər istiqamətində, R.Nuriyev isə Qubadlıda gedən döyüşlərdə iştirak edib.

Tehsil-press.az

Oxşar xəbərlər