Bakı Dövlət Universitetinin (BDU) Enactus komandası EASA (Euroasian Startup Awards) beynəlxalq yarışında EcoPrint layihəsi ilə iştirak edib.
EASA beynəlxalq yarışında hər il 9 ölkədən - Türkiyə, Ukrayna, Macarıstan, Gürcüstan, Belarus, Qazaxıstan, Azərbaycan, Moldova və Ermənistandan 12 müxtəlif kateqoriya üzrə startap yarışları keçirilir. 2021-ci il fevralın 5-də “Grand” finalda 2020-ci ilin qaliblərinin adları açıqlanıb. Finalda BDU-nun Enactus komandası Ecoprint layihəsi ilə “Best Virtual Teamwork Solition” kateqoriyasında Azərbaycan və regional finalın qalibi olub.
Qeyd edək ki, bu il yarışmaya komandalar müxtəlif kateqoriyalarda 3300 startapla qatılıblar.
Tehsil-press.az