Azərbaycan Respublikasının Gənclər Fondu və BP şirkətinin təşkilatçılığı ilə reallaşdırılan Enactus Azərbaycan Milli Yarışının final mərhələsi keçirilib.
Bakı Dövlət Universitetinin (BDU) Enactus komandası yarışın qalibi olub.
Bu ali məktəbin Enactus komandası yarışda - EcoPrint, PlasKet və Yoldaş layihələri ilə çıxış edərək ən yüksək nəticə ilə - 135 balla qələbə qazanıb.
Yarışda respublikamızın 14 ali məktəbi iştirak edib. 700-dən çox tələbə, 20 fakültə məsləhətçisi, 13 biznes liderin iştirak etdiyi yarışda komandalar 2 liqada yarışıblar.
Qeyd edək ki, qalib komanda sentyabrın 8-dən 11-dək Niderlandda keçiriləcək Dünya Enactus Kuboku yarışmasında ölkəmizi təmsil edəcək. Bu yarışmada dünyanın 36 ölkəsindən 25 mindən çox universitet tələbəsini təmsil edən komandalar öz biznes, təhsil və sosial layihələrini təqdim edəcəklər.
Tehsil-press.az