BDU-nun Hüquq fakültəsində “Milli qəhrəmanlarımız - Mübariz İbrahimov” adlı disput təşkil edilib

BDU-nun Hüquq fakültəsində “Milli qəhrəmanlarımız - Mübariz İbrahimov” adlı disput təşkil edilib Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsinin Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı ilə “Milli qəhrəmanlarımız - Mübariz İbrahimov” adlı onlayn disput keçirilib.
Tədbirdə fakültənin dekanı Əmir Əliyev Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusunun qazandığı tarixi qələbə münasibətilə iştirakçıları təbrik edib. O, Vətən müharibəsində qazanılan qələbənin ölkənin uğurlu inkişafının nəticəsi olduğunu vurğulayıb, Azərbaycanın bu möhtəşəm zəfəri Ali Baş Komandanın müdrik qərarları, rəşadətli ordumuzun gücü və xalqımızın sarsılmaz həmrəyliyi sayəsində qazandığına diqqət çəkib. Ə.Əliyev Milli qəhrəmanlarımızın daim qəlbimizdə yaşayacağını, onların xatirəsinin hər zaman əziz tutulacağını qeyd edib.
Dekan müavinləri Aytəkin İbrahimova, Cabir Quliyev, Mülki hüquq kafedrasının müdiri Məhəbbət Dəmirçiyeva, Cinayət prosesi kafedrasının müdiri Firuzə Abbasova, fakültənin müəllimləri - Səkinəxanım Rzayeva, Əsmər Əliyeva, Samirə Eyvazova və BDU-nun Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov ən yeni tariximizdə baş verən hadisələr haqqında, həmçinin informasiya müharibəsində görülən işlər barədə məlumat veriblər.
Tədbirdə fakültənin tələbələri Cavid Mirzəzadə, Fidan Əhmədli və Fəridə Abıyeva çıxış ediblər.
Sonda fakültənin TGT sədri Firavan Əlizadə tələbələr arasında keçirilmiş “Qarabağ Azərbaycandır!” esse müsabiqəsinin nəticələrini elan edib. Müsabiqənin nəticələrinə görə, Nihad Musayev 1-ci, Nigar Nuriyeva, Nərmin Həsənova, Xanım Quliyeva 2-ci, Cəmalə Qədimova, Sərgül Məmmədova, Aydan Əhmədova və Rüfət İsmayılov 3-cü yerə layiq görülüblər.

Tehsil-press.az

Oxşar xəbərlər