Akademik Rasim Əliquliyev beynəlxalq onlayn seminarda iştirak edib

Akademik Rasim Əliquliyev beynəlxalq onlayn seminarda iştirak edib AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev “GEANT Strategy Infoshare” (“GEANT Məlumat Paylaşımı”) mövzusunda keçirilən onlayn seminarda iştirak edib.
Tədbirdə GEANT Assosiasiyasının son strategiyası ilə bağlı müzakirələr aparılıb. Tədqiqat və təhsil şəbəkələrinin nümayəndələri öz fikirlərini bölüşüblər. Məlumat paylaşımı tədbirləri GEANT İcma Proqramının (GCP) bir hissəsi kimi həm tərəfdaşlar, həm də öyrənmə və inkişaf qrupları tərəfindən əlaqələndirilir. GN4-3 layihəsinin vacib bir hissəsi olan məlumat paylaşımı seriyasının məqsədi bilik mübadiləsini inkişaf etdirmək, müzakirə imkanlarını genişləndirməkdir.
Qeyd edək ki, strategiyanın müxtəlif sahələri ilə bağlı müzakirələrin aparılması üçün 2020-ci ildə bir sıra onlayn görüşlər təşkil olunub. Ümumi assambleyanın noyabrda keçirilən iclasında strategiyanın yeni variantı təqdim edilib. Həmin iclasda razılaşdırıldığı kimi, bir neçə tədqiqat və təhsil şəbəkəsi e-poçt vasitəsilə öz münasibətlərini bildiriblər.
Ümumi assambleyanın mart ayında keçiriləcək növbəti iclasında isə strategiyanın son variantının qəbul edilməsi nəzərdə tutulur.

Tehsil-press.az



Oxşar xəbərlər