Boliviyada avtobus qəzası nəticəsində azı 21 nəfər həlak olub

Boliviyada avtobus qəzası nəticəsində azı 21 nəfər həlak olub Boliviyanın mərkəzi hissəsində avtobusun dərəyə aşması nəticəsində 20-dən çox insan həlak olub.
İndiyədək 21 nəfərin öldüyü təsdiqlənib. Polis həlak olanların heç də hamısının cəsədinin tapılmadığını istisna etmir. İlkin məlumata görə, avtobusda ümumilikdə 45 sərnişin olub.
Kocabambadan yola çıxan sərnişin avtobusunun 70 metr hündürlükdən dərəyə düşdüyü bildirilir. Qəzanın səbəbi hələlik müəyyənləşməyib.

Tehsil-press.az



Oxşar xəbərlər