BDU-da nanomodifikasiya və sensorlar istiqaməti üzrə tədqiqatlar yerinə yetirilir

BDU-da nanomodifikasiya və sensorlar istiqaməti üzrə tədqiqatlar yerinə yetirilir Bakı Dövlət Universitetinin (BDU) Nanoaraşdırmalar Elmi-Tədqiqat Mərkəzində “Nanomodifikasiya və sensorlar” qrupunun növbəti elmi seminarı keçirilib.
Seminarda mərkəzin böyük elmi işçisi Sevinc Nuriyeva və elmi işçi Almara Rəhimli “Nanohibrid elektrod əsaslı qeyri-fermentativ elektrokimyəvi biosensorlar” mövzusunda çıxış ediblər. Təqdimatda çoxdivarlı karbon nanoborular və Cu (mis) nanohissəciklər əsaslı hibrid quruluşlu elektrodların hazırlanması, quruluş xüsusiyyətlərinin tədqiqi, eləcə də voltamperometrik ölçmələrin nəticələri müqayisəli şəkildə təhlili təqdim edilib, müvafiq elmi ədəbiyyatın analizi də verilib. Sonda iştirakçıların sualları cavablandırılıb.

Tehsil-press.az



Oxşar xəbərlər