BDU-da 4D tomoqrafiyası mövzusunda elmi seminar

BDU-da 4D tomoqrafiyası mövzusunda elmi seminar Bakı Dövlət Universitetinin (BDU) Fizika Problemləri Elmi-Tədqiqat İnstitutunda növbəti onlayn elmi seminar keçirilib.
Seminarda institutun Kondensə olunmuş hal fizikası şöbəsinin aparıcı elmi işçisi Vidadi Bagıyev “Femtokimya və 4D-tomoqrafiyası" mövzusunda məruzə ilə çıxış edib.
Məruzəçi 4D-elektron tomoqrafiyasının yaranması və texniki şərtləri haqqında məlumat verərək, bu texnologiyanın femtosaniyə zaman miqyasında nanoölçülü obyektlərdə baş verən dəyişiklikləri üçölçülü, həcm (3D) və zamandan asılı olaraq müşahidə etmək, mikroaləmdə obyektlər və proseslər haqda 4D tomoqrafik film çəkmək imkanı olduğundan bəhs edib. Adıçəkilən istiqamətin perspektiv tətbiq sahələri kimi kimya, o cümlədən dinamik femtokimya - atom və molekul səviyyəsində kimyəvi reaksiyaların getməsini femtosaniyə miqyasında müşahidə və mənimsənilməsinin yolları göstərilib.

Tehsil-press.az


Oxşar xəbərlər