
Mərkəzin əməkdaşları tərəfindən “Zoom” platforması üzərindən təşkil olunan növbəti görüşdə tələbələrə iş həyatlarının başlanğıcında vacib olan müsabiqə və müsahibə proseslərinə düzgün hazırlaşma qaydası, özlərini ən yaxşı şəkildə ifadə etməyin təsirli yolları haqqında geniş məlumat verilib. Həmçinin CV-lərin düzgün tərtib edilməsi qaydaları haqqında videomaterial nümayiş olunub.
Təcrübə və karyera mərkəzinin təşkil etdiyi onlayn görüşlərin yaratdığı faydalı imkanlar sayəsində artıq gözlənilən nəticələr əldə edilib. Uğurlu nəticələrin əldə edilməsi digər tələbələrin də belə görüşlərə maraq və inamını artırır.
Tehsil-press.az