Almaniyada tibb bacıları tələb olunur

Almaniyada tibb bacıları tələb olunur Pandemiya Almaniyada kiçik tibbi personalın tərkibinə müəyyən dərəcədə zərbə vurub.
Bu ölkədə tibb bacılarının sayı son bir ildə xeyli azalıb. Hazırda Almaniyada onların sayı keçən ilə nisbətən 3885 nəfər azdır. Bu azalma 45 yaşdan yuxarı tibb bacıları arasında xüsusilə yüksəkdir.
Bununla əlaqədar, AFR xaricdən gələn tibbi heyət üçün əmək miqrasiyasını yüngülləşdirməyi qərara alıb. İlk növbədə, Avropa İttifaqına daxil olan digər ölkələrin vətəndaşlara üstünlük veriləcək. Lakin Aİ-nin digər ölkələrində də oxşar mənzərənin müşahidə edildiyini nəzərə alsaq, qapılar Avropa İttifaqı zonasından kənarda çalışan tibb işçilərinə də açıqdır.

Tehsil-press.az

Oxşar xəbərlər