Amerikalı professor Xəzər Universitetində onlayn təlim keçirib

Amerikalı professor Xəzər Universitetində onlayn təlim keçirib ABŞ-ın Oklahoma Universitetinin Mikrobiologiya və bitki biologiyası departamentinin professoru Maykl Maklnerni Xəzər Universitetinin və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun dəstəyi ilə “Anaerob mikroorqanizmləri istifadə edərək tullantıların təmizlənməsi və enerji istehsalına yönəldilmiş innovasiyalı həllər” mövzusunda onlayn təlim keçirib.
Təlimdə anaerobların qidalanması, fiziologiyası, bioyanacaqlar, metan, hidrogen və alkoqollar, mikrobial yağ bərpası prosesi, həmçinin mikroorqanizmlərin kanalizasiya və kənd təsərrüfatı tullantılarını enerjiyə, xüsusən metana çevirmək və çirklənmiş yerləri təmizləmək üçün də istifadə edilməsi haqqında danışılıb.
Xəzər Universitetinin, Azərbaycan Dövlət Aqrar Universitetinin, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun alim, mütəxəssis və tələbələrinin iştirak etdiyi təlim inteqrativ keçməklə böyük marağa səbəb olub.
Təlimdə yerli alim və mütəxəssislər tullantıların, çirklənmiş yerlərin təmizlənməsi, enerji istehsalı üçün mikrobioloji proseslərin istifadəsi haqqında aktual suallar verib və bir neçə layihə ideyaları formalaşdırıblar.

Tehsil-press.az


Oxşar xəbərlər