Bakı Xoreoqrafiya Akademiyasında yeniyetmələrlə bağlı maarifləndirici tədbir

Bakı Xoreoqrafiya Akademiyasında yeniyetmələrlə bağlı maarifləndirici tədbir Bakı Xoreoqrafiya Akademiyasının Tam orta təhsil pilləsində məktəblilərin zərərli vərdişlərdən qorunması, onlarda sağlam həyat tərzinin formalaşdırılması məqsədilə “Yeniyetmələr arasında zərərli vərdişlərə meyillərinin, hüquq pozuntuları hallarının qarşısının alınması” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Nəsimi Rayon Polis İdarəsinin İctimai təhlükəsizlik şöbəsinin yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili bölməsinin inspektoru, polis kapitanı Yeganə Zeynalova və Nəsimi Rayon 21-ci Polis Bölməsinin inspektoru, polis leytenantı Elşən Xuduşov iştirak ediblər.
Tədbir “Sosial məsafənin saxlanılmasına dair metodik göstərişlər”in qaydalarına riayət edilməklə təşkil olunub.

Tehsil-press.az


Oxşar xəbərlər