Nigerdə terror - 65 nəfər öldürüldü

Nigerdə terror - 65 nəfər öldürüldü Nigerin Mali ilə sərhədində mülki şəxsləri hədəf alan terror hücumu baş verib.
Hücum nəticəsində 58 nəfər həyatını itirib.
Hökumətin açıqlamasına görə, motosikletli silahlı şəxslər dünən Tillaberi bölgəsindəki Banibanqou səmtində qurulan heyvan bazarından dönənləri daşıyan avtobusa hücum ediblər.
İlkin məlumata görə, 58 nəfər ölüb, ancaq bəzi yerli mənbələr ölü sayının 65 olduğunu iddia edir.
Hücumu hələlik heç bir qruplaşma üzərinə götürməyib, lakin İŞİD-in törətmiş ola biləcəyi ehtimal olunur.

Tehsil-press.az


Oxşar xəbərlər