“Lukoyl” şirkətinin prezidenti Vahid Ələkbərov Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlını ADNSU-nun 100 illik yubileyi münasibətilə təbrik edib.
ADNSU-nun məzunu olan Vahid Ələkbərov (1974-cü ildə ozamankı M.Əzizbəyov adına Neft və Kimya İnstitutunu bitirib) təhsil aldığı illəri həyatın mühüm mərhələsi adlandırıb.
“Bu, bizim peşəkar kimi yetişməyimizə təsir göstərmiş bütöv bir dövr idi. Alma-mater bizim üçün təkcə neft universiteti deyil, həm də həyat universiteti olub”, - deyə Vahid Ələkbərov qeyd edir.
Universitetin kollektivinin təlim-tərbiyə işinin keyifiyyətinin yüksəldilməsi üzərində uzun illərdir ki, məqəsədəyönlü surətdə çalışdığı qeyd olunan təbrik məktubunda tədqiqat fəaliyyətinin yeni elmi məktəblərinin və istiqamətlərinin yaradılması üçün çox işlərin görüldüyü vurğulanıb.
Peşəkar müəllimlərin, əməkdaşların və istedadlı alimlərin fəaliyyəti sayəsində universitet hazırda dünyanın müxtəlif bölgələrində çalışan minlərlə mühəndis, bakalavr, magistr, elmlər namizədi və elmlərlər doktoru hazırlayıb.
“Tədris prosesinin elmi tədqiqatlarla qovuşması, gerçəkləşdirilən tədris proqramlarının geniş qamması, universitetin yanacaq energetika kompleksinin aparıcı şirkətləri və xarici elmi müəssisələri ilə sıx əlaqələri, onun məzunlarına həyat və fəaliyyətin müxtəlif sahələrində böyük nailiyyətlər qazanmasına imkan verir”, - deyə təbrik məktubunda qeyd olunur.
Vahid Ələkbərov ADNSU-nun 100 illiyi münasibətilə universitetin rektoru, professor Mustafa Babanlıya və bütün kollektivinə can sağlığı, böyük yaradıcılıq uğurları arzulayıb.
Tehsil-press.az