İdarəetmə Sistemləri İnstitutunda Gənc Alim və Mütəxəssislər Şurasının Elm Gününə həsr olunmuş onlayn iclası keçirilib.
Tədbirdə elmi müəssisənin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri, iqtisad üzrə fəlsəfə doktoru Aygün Əliyeva Elm Gününün təsis edilməsinin elmi nailiyyətlərin təbliğinə geniş imkan yaratdığını vurğulayıb.
İclasda Şuranın sədri, riyaziyyat üzrə fəlsəfə doktoru Rəşad Məstəliyev, sədr müavini, kiçik elmi işçi Lamiyə Nəcəfova elmin inkişafında gənclərin üzərinə düşən vəzifələrdən söz açıblar.
Azərbaycan Texniki Universitetinin doktorantı Elnur Sadıqov məlumatların idarə olunmasına dair təqdimatla çıxış edib. O, müasir dövrdə informasiya axını, məlumatların idarə olunmasının önəmini qeyd edərək bu sahədə son elmi yeniliklərdən söz açıb.
Sonra riyaziyyat elmləri doktoru, professor İlqar Məmmədov, riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Anar Rəhimov, institutun magistrantları Pünar Quliyeva və Rüstəm Əzimov təkliflərini səsləndiriblər.
Tehsil-press.az