İdarəetmə Sistemləri İnstitutunda “Azərbaycan əhalisinin artımı” mövzusunda açıq dərs

İdarəetmə Sistemləri İnstitutunda “Azərbaycan əhalisinin artımı” mövzusunda açıq dərs Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İdarəetmə Sistemləri İnstitutunda (İSİ) magistraturada tədris olunan texniki və texnoloji obyektlərin kompüter modelləşdirilməsi fənnindən “Azərbaycan əhalisinin artımı” mövzusunda açıq dərs təşkil edilib.
Elmi müəssisənin II kurs magistrantı Ülviyyə Kadaşeva təqdimatla çıxış edib. Qeyd edib ki, 1896-2016-cı illər üzrə olan statistik göstəricilərə əsasən əhalinin sayının dəyişməsi araşdırılıb, bu prosesə xətti və eksponensial modellər tətbiq olunaraq nəticələr müqayisə edilib. Daha dəqiq nəticə verən riyazi model və statistik qiymətlərə əsasən 2029-cu ildə əhalinin sayı ilə bağlı proqnoz verilib.
Həmçinin məsələnin həlli nəticəsində Visual Studio mühitində, C# proqramlaşdırma dilində yaradılmış proqram təminatının interfeysi nümayiş etdirilərək, proqram haqqında qısa məlumat verilib.
Açıq dərsdə institutun direktoru, akademik Telman Əliyev, fənn müəllimi, texnika üzrə elmlər doktoru Fərhad Paşayev, riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Elxan Səbziyev və təhsil şöbəsinin rəhbəri, riyaziyyat üzrə fəlsəfə doktoru Sevinc Quliyeva iştirak ediblər.

Tehsil-press.az

Oxşar xəbərlər