Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İdarəetmə Sistemləri İnstitutunda (İSİ) elmi şuranın növbəti iclası keçirilib.
İclasda institutun direktoru, akademik Telman Əliyev elmi müəssisənin 2019-cu il üzrə elmi və elmi-təşkilatı fəaliyyətinin yekunu haqqında hesabatı təqdim edib.
İl ərzində görülmüş işlər barədə məlumat verən akademik Telman Əliyev bildirib ki, 2019-cu ildə İdarəetmə Sistemləri İnstitutunda elmi-tədqiqat işləri “İnformasiya texnologiyaları və informasiya cəmiyyətinin formalaşmasının elmi-nəzəri problemlərinin araşdırılması və effektiv metodların işlənməsi istiqaməti” üzrə aparılıb.
Hesabat ilində elmi müəssisədə elmi-tədqiqat işləri 16 mövzu, 39 iş və 38 mərhələ üzrə aparılıb, 1 elmi tədqiqat işi isə başa çatdırılıb. İnstitut üzrə laboratoriyalarda aparılan elmi tədqiqatlar nəticəsində əsasən 31 mühüm nəticə alınıb.
Qeyd edilib ki, 2019-cu ildə institutda aparılan elmi-tədqiqat işlərinin nəticələri əsasında plan üzrə 5, plandan əlavə 2 elmi-tədqiqat işi tətbiq edilib. Elmi müəssisənin əməkdaşları tərəfindən 280 elmi əsər çap olunub. Onlardan 59-u “Web of Science” elmi bazasına, 14-ü “Scopus” bazasına daxil edilib. Respublikada və xaricdə (İspaniya, Monteneqro, Türkiyə, Çexiya, Polşa, İtaliya, Rusiya, Ukrayna, Belarus, Gürcüstan, Türkmənistan, Misir, Hindistan, Latviya, Slovakiya, Fransa) keçirilən 65 konfransda 122 məruzə edilib.
T.Əliyev vurğulayıb ki, institut alimlərinin əsərlərinə “Web of Science” elmi bazasında 240, “Google Scholar” bazasında 1319 istinad verilib. İdarəetmə Sistemləri İnstitutu tərəfindən “Scopus” elmi bazasının tələblərinə cavab verən, ingilis dilində “İnformatika və idarəetmə problemləri” (“Informatics and Control Problems”) adlı jurnal buraxılır. Jurnalın redaksiya heyətinin tərkibinə müxtəlif xarici ölkələrin (İsveç, Kipr, Latviya, Belarus, Rusiya, Cənubi Koreya, Hindistan, Türkiyə, Ukrayna, Macarıstan, Polşa, Çin, Honq-Kong) və respublikanın tanınmış alimləri daxil edilib.
Bildirilib ki, 2019-cu ildə institutun 10 layihəsi qranta layiq görülüb, 5 qrant layihə başa çatdırılıb. İnstitutun doktoranturasında elmlər doktoru hazırlığı üzrə 27, fəlsəfə doktoru hazırlığı üzrə 38 və magistraturasında 12 nəfər təhsil alır. 2019-cu ildə institut üzrə elmlər doktoru elmi dərəcəsi almaq üçün 4 dissertasiya işi başa çatdırılıb, 8 fəlsəfə doktorluq dissertasiya işi isə tamamlanıb.
Qeyd edilib ki, institutun bir sıra alimləri Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərində keçirilmiş Avrasiya Patent Konvensiyasının imzalanmasının 25 illiyinə həsr olunmuş təntənəli mərasim çərçivəsində “İnsan həyatı və sağlamlığının qorunması sahəsində ixtiraya görə” kateqoriyası üzrə “Ürək-damar sistemlərində aortal klapanın stenozunu diaqnoz etmək üçün üsul” ixtirasına görə 2-ci yeri tutub, gümüş medala və müvafiq sertifikata layiq görülüblər. Elmi müəssisənin təhsil şöbəsinin rəhbəri, riyaziyyat üzrə fəlsəfə doktoru Sevinc Quliyeva “Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif olunub. AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru, professor, laboratoriya rəhbəri Ağası Məlikov Belarusun Y.Kupala adına Qrodnıy Dövlət Universitetinin “Xəbərləri” jurnalının “Riyaziyyat, fizika, informatika, hesablama texnikası və idarəetmə” seriyasının Beynəlxalq redaksiya heyətinin üzvü və Ukrayna Milli Aviasiya Universitetinin “İnformasiyalaşdırma və İdarəetmə Problemləri” jurnalının redaksiya heyətinin üzvü seçilib. AMEA-nın müxbir üzvü, iqtisad elmləri doktoru, professor, laboratoriya rəhbəri Qorxmaz İmanov “İnformatika və idarəetmə problemləri” jurnalının redaksiya heyətinin və İspaniya Kral İqtisadiyyat və Maliyyə Akademiyasının nəzdində fəaliyyət göstərən iqtisadi tədqiqatçıların beynəlxalq şəbəkəsi olan “Barselona İqtisadiyyat Şəbəkəsi”nin üzvlüyünə qəbul olunub. İqtisad elmləri doktoru, professor, laboratoriya rəhbəri Yadulla Həsənli Vadim Qetman adına Kiyev Milli İqtisad Universitetinin “İqtisadiyyatda Modelləşdirmə və informasiya sistemləri” və Almaniyada çap edilən “Beynəlxalq İnkişafın salnamələri” jurnalların redaksiya heyətinə, Xarici əlaqələr və innovasiya şöbəsinin müdiri, texnika elmləri üzrə fəlsəfə doktoru Tofiq Babayev Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yanında “İnformasiya Texnologiyalarınn İnkişafı” Dövlət Fondunun Müşahidə şurasının üzvü seçiliblər.
Sonda akademik Telman Əliyev növbəti ildə elmi müəssisənin kollektivinin qarşıya qoyduğu məsələlərin həllində inamla çalışacağına əminliyini bildirib.
Tehsil-press.az