Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Çap kitablarının tədqiqi şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Cavid Cəfərov “Elsevier” akademik nəşriyyat korporasiyasının onlayn təlim kurslarını uğurla başa vurub.
Onlayn seminarlarda C.Cəfərov “SCOPUS indeksli nəşrlərdə elmi ekspertiza fəaliyyəti”, “Elmi məqalə və monoqrafiyaların beynəlxalq redaksiya-nəşriyyat standartlarına uyğun hazırlanması”, “Kitab/jurnal nəşri”, “Müəlliflik hüququ və əlaqəli hüquqlar”, “Plagiat və ona qarşı mübarizə”, “Müəllifliyin təsbit olunması”, “Nəşr etikası”, “Elektron metaverilənlərin emalı və idarə olunması”, “Nəşr aktivliyinə elmmetrik və bibliometrik yanaşmalar” mövzularında mühazirə və müzakirələrdə iştirak edərək müvəffəqiyyət sertifikatlarına yiyələnib.
Seminar və kurslara rəhbərlik edənlər arasında Berlin Humboldt Universitetinin professor-müəllim heyəti, o cümlədən professor Maykl Sidl, Torsten Bek, Melani Rüqenhagen, “Elsevier-SCOPUS” bazasının dövri nəşrlər departamentinin direktoru Katriona Fenel, komplektləşdirmə xidmətinin müdiri Andrea Toppinq, kitab nəşri və yayımı şöbəsinin başçısı Stesi Masusi və bir sıra aparıcı Qərb elmi jurnallarının redaktorları yer alıblar.
Xatırladaq ki, Niderland Krallığının “Elsevier” akademik nəşriyyatı nüfuzlu elmmetrik bazalardan olan “SCOPUS”un sahibidir.
Tehsil-press.az