Rusiyanın tanınmış jurnalisti Vladimir Pozner Gürcüstandadır.
Rusiyalı jurnalistin Gürcüstana gəlişi etirazla qarşılanıb. Belə ki, Tbilisinin mərkəzində Poznerin əleyhinə etiraz aksiyaları keçirilir. Etirazçılar rusiyalı teleaparıcının qaldığı mehmanxananın qarşısına toplaşıblar. Onlar Gürcüstanın ərazi bütövlüyünü tanımayan jurnalistin ölkəyə buraxılmasına etiraz edirlər. Aksiyaçılar hotelin elektrik enerjisi ilə təminatını dayandırıblar.
Etirazçılar səs-küy salaraq narahatlıq yaratmağa çalışıblar. Onlar mehmanxanaya girməyə cəhd etsələr də, onların bu cəhdinin qarşısı polis tərəfindən alınıb.
Pozner dostları ilə birlikdə hoteli tərk etməli olub. Bundan əlavə, aksiyaçıların rus qonaqların komendant saatını pozaraq Tbilisidə maneəsiz hərəkətinə etirazlarından sonra Poznerin qaldığı "Vinotel" mehmanxanası 10 min lari məbləğində cərimələnib.
Qeyd edək ki, Pozner 40 nəfərlik dost qrupu ilə Gürcüstana 87 yaşını qeyd etməyə yollanıb.
Tehsil-press.az