İspaniya hakimiyyəti koronavirus pandemiyası fonunda ölkəyə gələn bütün xarici vətəndaşlara yeni məhdudiyyətlər tətbiq edib.
Müvafiq qərar yerli hökumət tərəfindən verilib. Yeni qaydalara görə, mayın 15-dən 24-dək ölkə ərazisinə daxil olan bütün turistlər iki həftəlik karantinə alınacaq. Mağazaya və ya xəstəxanaya getmək istisna olmaqla, turistlərə 14 gün ərzində bir karantin məkanını tərk etmək qadağan olunacaq. Bundan əlavə, karantin zamanı hər hansı bir xəstəlik əlaməti müşahidə olunduqda həmin şəxslər səlahiyyətli tibb qurumlarına müraciət etmək öhdəliyi daşıyırlar.
Turizm agentlikləri, operatorlar və şirkətlər turistlərə ölkəyə gəlməzdən öncə yeni qaydalar barədə məlumat verəcəklər.
Yeni qaydaların İspaniyada epidemiyanın ikinci dalğasını qarşısının alınması məqsədi daşıdığı bildirilib.
Qeyd edək ki, İspaniyada 268 min 143 nəfər koronavirusa yoluxub, 26 min 744 nəfər xəstəlik səbəbindən həyatını itirib.
Tehsil-press.az