İqtisadiyyat İnstitutunda onlayn elmi seminar

İqtisadiyyat İnstitutunda onlayn elmi seminar İqtisadiyyat İnstitutunda onlayn elmi seminar keçirilib. Tədbirdə öncə 20 Yanvar şəhidlərinin xatirəsi ehtiramla yad olunub.
İqtisadiyyat İnstitutunun direktoru, iqtisad elmləri doktoru, professor Nazim Müzəffərli xalqımızın müstəqillik və azadlıq uğrunda mübarizəsindən danışıb. Qeyd edib ki, 20 Yanvar Azərbaycan tarixinin ən şanlı səhifələrindəndir.
Sonra İnstitutun elmi katibi, iqtisad üzrə fəlsəfə doktoru, dosent Leyli Allahverdiyeva “Şəbəkə hazırlığı indeksi – 2019: Azərbaycanda elektron xidmətlərin inkişafı” mövzusunda məruzə ilə çıxış edib. Məruzəçi “Şəbəkə hazırlığı indeksi” üzrə beynəlxalq müqayisəli reytinqdə Azərbaycanın mövqeyini təhlil edib.
Sonda mövzu ətrafında müzakirələr aparılıb, məruzəçi sualları cavablandırıb.

Tehsil-press.az

Oxşar xəbərlər