Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İqtisadiyyat İnstitutunun fəlsəfə doktoru hazırlığı proqramı üzrə dissertanturasına qəbul üzrə müsabiqə keçirilib.
İnstitutun direktoru, professor Nazim Müzəffərlinin sədrliyi ilə keçən müsabiqədə 12 plan yerinə qarşı 5 nəfər iştirak edib. Hər bir iddiaçının tədqiqat üçün təklif etdiyi doktorluq dissertasiyası mövzusu üzrə dinləmələr və müzakirələr aparılıb. Mövzuların aktuallığı, Azərbaycan iqtisadiyyatının prioritet inkişaf istiqamətləri üzrə tələblərə uyğunluğu, problem mövzular üzrə aparılacaq tədqiqatların mahiyyəti əsas götürülüb.
Müsabiqə komissiyasının qərarına əsasən iddiaçılar AMEA-nın İqtisadiyyat İnstitutunun dissertanturasına qəbul olunublar.
Tehsil-press.az