Türkiyəyə gündəlik yoluxma sayı 50 minə çatır

Türkiyəyə gündəlik yoluxma sayı 50 minə çatır Türkiyədə koronavirusla bağlı bu günə olan vəziyyət açıqlanıb.
Bu gün 211 nəfər pandemiyanın qurbanı olub.
Bu gün 271 min 547 koronavirus testi aparılıb, onlardan 49 min 584-ü müsbət çıxıb.
Ağır xəstə sayı 2 min 477-yə yüksəlib.
28 min 498 nəfər müalicə olunaraq, koronavirusdan sağalıb. Bununla sağalanların ümumi sayı 3 milyon 159 min 475-ə çatıb.

Tehsil-press.az

Oxşar xəbərlər