Avstriyanın səhiyyə naziri istefa verdi

Avstriyanın səhiyyə naziri istefa verdi Avstriyanın səhiyyə naziri Rudolf Anşober istefa verib.
Nazir bu qərarı səhhətində yaranan problemlər səbəbindən verdiyini deyib. “Çox yoruldum, artıq dayana bilmirəm” deyən Anşober mətbuat konfransı keçirərək vidalaşıb. 60 yaşlı nazir pandemiya dövründə gərgin iş rejimində çalışdığını və bu səbəbdən səhhəti ilə maraqlanmalı olduğunu bildirib. O qeyd edib ki, ölkə tarixində ən ağır səhiyyə böhranının öhdəsindən gələ bilmək üçün 100 faiz sağlam olan və bütün enerjisini bu işə verməyi bacaran səhiyyə nazirinə ehtiyac var. Lakin fəaliyyətdə olduğu 15 aylıq dövrdə onun səhhəti tədricən zəifləmiş və son dövrlərdə tez-tez xəstələnməsi onun bu fəaliyyətin öhdəsindən gələ bilməyəcəyini açıq şəkildə nümayiş etdirib.
Qeyd edək ki, Anşober vəzifəsinə başladıqdan qısa müddət sonra koronavirusa yoluxmuşdu.

Tehsil-press.az



Oxşar xəbərlər