Azərbaycan Texniki Universitetinin Metallurgiya və materialşünaslıq fakültəsinin IV kurs tələbələri AzTU-nun əməkdaşları ilə birgə Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda infoturda iştirak ediblər.
Beş saat davam edən infoturda iştirakçılar zavodun mütəxəssislərinin müşayiəti ilə dərin dəniz özüllərin layihələndirilməsi, hazırlanması, quraşdırılması, suya buraxılması, təyinat yerinə nəqli, layihə nöqtəsinə qoyulması, dayaqların bərkidilməsi və istismara buraxılması prosesləri ilə tanış olub, iş mühitini izləyiblər.
Qeyd olunub ki, hər bir tələbə təqaüdlü təcrübə proqramında iştirak edə və daxili müsahibə əsasında zavodda işlə təmin oluna bilər.
Tehsil-press.az