Azərbaycan Texniki Universiteti (AzTU) Karyera Mərkəzi ilə “Atena” MMC və “Azertexnolayn” MMC arasında bağlanmış müqavilə çərçivəsində universitetin Avtomatika və kompüter texnikası və Metallurgiya fakültələrinin məzunları işlə təmin ediliblər.Hər iki tələbə - Coşqun Əliyev və Toğrul Zeynallı 3 aylıq ödənişli təcrübə proqramını uğurla başa vuraraq adları çəkilən müəssisələrdə mühəndis vəzifəsinə təyin olunublar.
AzTU-nun Mətbuat Xidməti














