Azərbaycan Texniki Universitetinin (AzTU) III və IV kurs tələbələrinin, magistr və məzunlarının “UCS Kaspian” şirkətinə işə qəbulu ilə bağlı müsahibə mərhələsi keçirilib.
Müsahibə şirkətlə AzTU-nun Karyera Mərkəzinin birgə təşəbbüsü ilə keçirilib. Müsahibə zamanı “UCS Kaspian”ın mütəxəssisləri iştirakçıların kompüter, xarici dil və ixtisas biliklərini yoxlayıblar.
Şirkətin əsas fəaliyyəti turizm sənayesində proseslərin avtomatlaşdırılması mexanikası, sistem mühəndisliyi olduğu üçün iştirakçıların məntiqi test üsulu ilə qiymətləndirilib.
Müsahibə proqramından keçən İnformasiya və kommunikasiya texnologiyaları fakültəsinin 16 tələbəsi təqaüdlü təcrübə proqramına cəlb olunub.
Təcrübə proqramını uğurla bitirən hər bir tələbə işlə təmin olunacaq.

AzTU-nun Mətbuat Xidməti