ABŞ Myanmaya qarşı sanksiyaları genişləndirdi

ABŞ Myanmaya qarşı sanksiyaları genişləndirdi ABŞ hökumətinin Myanmadakı vəziyyətlə əlaqədar bu ölkəyə sanksiyaları davam edir.
ABŞ Maliyyə Nazirliyi sanksiya qoyulan şirkətlər siyahısına daha birini əlavə edib. Bu, “Myanmar Gems Enterprise” şirkətidir. Məhdudiyyətlərlə bağlı detallar açıqlanmır.
Xatırladaq ki, Myanma ordusu fevralın 1-də fövqəladə vəziyyət elan edərək, ölkə rəhbərliyinin hakimiyyətdən uzaqlaşdırıldığını elan edib. Ordu nümayəndələri bunu 2020-ci ilin noyabr seçkilərindəki genişmiqyaslı saxtakarlıqlarla izah ediblər və yeni Nazirlər Kabineti qurublar. Respublika sakinləri isə fevralın əvvəlindən hərbi səlahiyyətlilərə qarşı kütləvi etirazlara başlayıb. Myanmada nümayişçilərlə polis və hərbçilər arasında baş verən qarşıdurmalarda 500-dən çox vətəndaş öldürülüb.

Tehsil-press.az


Oxşar xəbərlər