ADA Universiteti təhsil haqqına güzəşt əldə edən tələbələrin sayını açıqlayıb

ADA Universiteti təhsil haqqına güzəşt əldə edən tələbələrin sayını açıqlayıb ADA Universiteti 2020-2021-ci tədris ilinin payız-yaz semestri üzrə təhsil haqqına güzəşt əldə edən tələbələrinin sayını açıqlayıb.
Ümumilikdə akademik nəticəsinə görə fərqlənən 337 bakalavr tələbəsi təhsil haqqı güzəştindən yararlanıb. Əlaçı tələbələr “Rektorun şərəf siyahısı”, “Dekanların fərqlənmə siyahısı” və “Yüksək göstəricilər” üzrə üç fərqli kateqoriyadakı güzəştlərdən faydalanıblar.
İctimai və beynəlxalq münasibətlər fakültəsinin 135, İnformasiya texnologiyaları və mühəndislik fakültəsinin 66 və Biznes fakültəsinin 136 bakalavr tələbəsi güzəşt əldə ediblər.
“Rektorun şərəf siyahısı” üzrə təqaüd alan tələbələr birillik təhsil haqqına 100 faiz, “Dekanların fərqlənmə siyahısı” üzrə təqaüd alanlar 50 faiz, “Yüksək göstəricilər” siyahısı üzrə təqaüd alanlar isə 25 faiz güzəşt əldə ediblər.
Eyni semestr üzrə ADA Universitetinin 28 magistr tələbəsi də akademik nəticələrinə görə 20 faiz təhsil haqqı güzəşti əldə ediblər.
İctimai və beynəlxalq münasibətlər fakültəsinin 9, Biznes fakültəsinin 10, İnformasiya texnologiyaları və mühəndislik fakültəsinin 2, Təhsil fakültəsinin isə 7 tələbəsi 20 faiz güzəştdən yararlanıb.
Qeyd edək ki, ADA Universiteti tərəfindən universitetə qəbul imtahanında yüksək nəticə göstərənlərin və xüsusi sosial statusa malik olanların təhsil haqqına xüsusi güzəştlər təqdim olunur.
ADA-nın bakalavr və magistr proqramları ilə buradan tanış ola bilərsiniz:
https://bit.ly/3sDsoJE
https://bit.ly/3tCxTJO

Tehsil-press.az

Oxşar xəbərlər