Biz oğul verdik, can verdik, qol verdik, qıç verdik, göz verdik... torpaq aldıq. Zatən torpaqlar belə alınır. Həmin döyüş günlərində ön cəbhədə düşmənə divan tutan, düşməni yox edən, onunla üz-üzə döyüşməkdən qorxmayan igid oğullarımızın şəkillərini ürəyimiz üstündə, maşınlarımızda, sosial şəbəkələrdə, yazılarımızda paylaşdıq. Qəhrəmanlıqlarından danışdıq. Torpaqlarımızın çox hissəsini geri alıb, Zəfər Paradını da keçirdik. Bu Zəfərə necə çatdıq?! Bu barədə Ali Baş Kmandan, Uca Xaqanım İlham Əliyev hər zaman fəxr və qürurla deyir ki, biz qələbəni şanlı əsgərlərimiz və müqəddəs şəhidlərimizin sayəsində qazandıq. Savaşdan az sonra Birinci vitse-prezident Mehriban xanımla Müdafiə Nazirliyinin hərbi hospitalında yaralı əsgərlərimizə baş çəkən zaman isə əlini onların çiyninə qoyub dedi:
“Mən hər zaman sizin yanınızdayam. Gəlmişəm ki, sizə şəxsən öz təşəkkürümü bildirim, sizi təbrik edim. Mənim birinci təbrik etdiyim insanlar sizsiniz və sizin simanızda bizim bütün qəhrəman döyüşçülərimizdir. Gəlmişəm deyim ki, mən hər zaman sizinlə bir yerdə olacağam. Mənə arxalana bilərsiniz. Bizim qəhrəman döyüşçülərimiz gələcək həyatda da daim mənim nəzarətim altında olacaqlar. Bir daha sizi təbik edirəm, tezliklə sağalın, adi həyata qayıdın. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”.
Bu bir dövlət başçısının təkcə əsgərə sayğısı deyildi, həm də mesajı idi. Hazırda, gəlin görək, o Vətən savaşını qazanan qazilərimiz necə yaşayır?.. Əslində gəlib də görməyə bir lüzum yoxdur. Sosial şəbəkələrdə onların bugünkü durumu, çəkdikləri əziyyətlər barədə üzümüzün qarası olan videolar yayılmaqdadır. Bəli, bu gün əlil olan qazilər cəmiyyətin ən həssas qrupudur. Görəsən o qrupu Azərbaycan Dövlətindən incik salmağa vadar edənlər heç utanırlamı? 44 günlük savaşda belə demirdiniz. Deyirdiniz ki, nəyimiz var sizə qurbandır? Adam kişi olar. Azərbaycanın səlahiyyətli hakimiyyət və hökumət nümayəndələri!!! Belə etməyin! Ali Baş Komandanın verdiyi sözə hörmət edin! Axı o özü deyib ki, sözüm imzam qədər keçərlidir! Bunu da unutdunuzmu?
Bizim Əmək və Əhalinin Sosial Mudafiə Nazirliyi, niyə imtiyazlı qrupa aid olan qazilərimizi dövlətdən narazı salırsınız? Cəmiyyətdə qıcıq yaratmaqda məqsədiniz nədir?
Nazir Sahil Babayev!
Buradan üzümü sizə tutub deyirəm: bəli, əlinizin altındakı qanunlar Milli Məclisdə də təsdiq olunub, o qanunlara görə birinci, ikinci, üçüncü qrupu almağın, pensiya almağın şərtləri vardır. Lakin məgər, ətrafınızda çalışan əməkdaşlarınızı başınıza yığıb bir onlayn iclas və ya kabinet iclası keçirib belə bir qərar qəbul edə bilərmisiniz ki, müharibədə əlil olan vətəndaşlarımıza verilən qruplar onların işləməyən ayağına, kəsilən qoluna, görməyən gözünə, kontuziya alan başına uyğun olsun! Axı o yaralı qazilərin daha nə qolu bitəcək, nə də təzə ayağı. Hanı sizin protez istehsal edən mərkəziniz? Prezidentə 4 ədəd protez göstərib, sonra Anar doktorun mərkəzini bağladınız ki, özünüz guya protez hazırlayacaqsınız. Haradadır o hazır protezləriniz? Niyə yenə də Türkiyədən aldınız? Axı ayağı olmayan qazi cəmiyyətdən təcrid olur. Onu evində qapalı saxlamayın. O bizim şərəfimizi, namusumuzu təmizləyib!
Yəni uyğun bir qanun layihəsi işləyib vermək olmazmı Milli Məclisə ki, bunu xüsusi zədə almış Vətən müharibəsi içtirakçılarına aid edəsən? Axı canını vətən yolunda qurban verən həmin o zəlil və əlil qazinin evdə balası var. Çoxsu əvvəllər işləyirdi, evinə pul gətirirdi. Onların eləsi var ki, heç döyüşə getməməliydi, sadəcə Səfərbərlik İdarəsi çağırdı, kimisə saxlayıb, onu çağırdı. Evinin yeganə çörək gətirəni indi Vətənə Zəfər qazandırandan sonra zəlil günə qalıb. Belə çıxır ki, Vətən ona yiyə durmur? Vətən yiyə durur, sadəcə olaraq sizin kimi başı başqa məsələlərə qarışan nazirlər onları görmək, problemlərini həll etmək istəyində deyillər. Vətən müharibəsi əlillərinə xüsusi qayğı, imtiyazlar gərəkdir. Bu gün şahidi oluruq ki, bu qaziləri, əlilləri, xəstə və yaralıları, YAŞAT Fondundan başqa heç kim dinləmək istəmir.
Müdafiə Nazirliyi Milli Məclisin deputatı Aqil Abbasın sözünü guya yalan çıxartdı. Aqil Abbası 100 ildir tanıyıram, xalqın mənafeyinə görə heç vaxt yalan danışmayıb. Aqil müəllim doğru deyirdi ki, bu oğulu döyüşə aparmısan, yaralı gəlib, indi də qayğısına qal, müalicə elə ay Müdafiə naziri və Nazirliyi! Ay Sahil Babayev! Hələ döyüş, müharibə qurtarmayıb! Hələ Xocalı, Xankəndi, Xocavəndin yarısı, Kəlbəcər- Laçında rus qoşunları və onların himayə etdikləri "qaçqın" ermənilər toplaşır. Unutmayın ki, savaşı döyüşə apardığınız zabitləriniz və əsgərləriniz uddular. Siz kənardan idarə edirdiniz! İnsanlarımızdakı vətənpərvərlik ruhunu öldürməyin. Onsuz da döyüşə kasıb balaları gedir, şərəfli zabitlər, xüsusi təyinatlılar gedir! Sizin balalarınız yenə çağırışdan yayınacaqlar. O yaralı əlillərin və qazilərin çəkdiyi ağrıların hamısı canınıza, ailənizin canına dolsun, balalarınızın başına gəlsin ki, onların nə çəkdiyini, övladlarının yanında necə xəcalət olduğunu biləsiniz.
Cənab Ali Baş Komandan, hər işin ən yaxşısını, nə zaman icra olunmasını Siz bilirsiniz! Qazilərin, Vətən urunda döyüşənlərin problemlərini həll etmək üçün YAŞAT Fondu ayrıca nazirlik səviyyəsinə qaldırılsa, canımız bizə problem yaradan nazirliklərdən də qurtarar!

Aida Eyvazlı GÖYTÜRK