Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) əməkdaşları üçün ikigünlük təlim keçirilib.
Təlimlər BŞTİ və Azərbaycan Müəllim İnkişafı Mərkəzinin birgə əməkdaşlığı çərçivəsində reallaşdırılıb.
Təlimlərin keçirilməsinin əsas məqsədi təhsil idarəsinin əməkdaşlarının təlim modulları üzrə bilik və bacarıqlarının daha da artırılmasıdır.
Təlimlər “Effektiv rəyin verilməsi”, “Düşüncə tərzləri”, “Təsirli nitq və prezentasiya qaydaları” və “Müəssisədaxili ünsiyyət qaydaları” mövzuları üzrə keçirilib.
Təlimlər zamanı konstruktiv rəyin verilməsi, açıq düşüncə tərzinin formalaşdırılması, təsirli nitqin hazırlanması, məsələlərin effektiv üsullarla təqdimetmə yolları, ünsiyyət formaları barədə fikir mübadiləsi aparılıb. Həmçinin təlim modulları üzrə aparılmış beynəlxalq tədqiqatlar və onların nəticələri barədə məlumatlar auditoriyanın diqqətinə çatdırılıb.
Sonda təlim iştirakçılarının sualları cavablandırılıb.

BŞTİ-nin Mətbuat Xidməti