Beynəlxalq qiymətləndirmə tədqiqatı üçün 254 sinif seçilib

Beynəlxalq qiymətləndirmə tədqiqatı üçün 254 sinif seçilib Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Təhsil İnstitutu pandemiya dövrünün qaydalarına uyğun olaraq PIRLS 2021 beynəlxalq qiymətləndirmə tədqiqatının həyata keçirilməsinə başlayıb.
Bütün ölkəni əhatə edəcək qiymətləndirmədə müxtəlif regionlar üzrə 200 məktəbdən 7 min şagirdin iştirakı nəzərdə tutulur. Qiymətləndirmə tədqiqatı üçün seçilmiş 254 sinifdən 120-si regionların payına düşür. Bu siniflərdən 201-i Azərbaycan, 53-ü isə rus bölməsi üzrədir.
Qeyd edək ki, PIRLS (Progress in International Reading Literacy Study - Oxu Nailiyyətlərinin Qiymətləndirilməsi üzrə Beynəlxalq Tədqiqat) IV sinif şagirdlərinin oxuyub-anlama bacarığını qiymətləndirmək məqsədilə Beynəlxalq Qiymətləndirmə Assosiasiyası tərəfindən 5 ildən bir təşkil olunur.

Tehsil-press.az

Oxşar xəbərlər