Dünya üzrə TIMSS-2019 beynəlxalq qiymətləndirməsində 64 ölkə üzrə 580 mindən çox şagird, 310 min valideyn, 52 min müəllim, 19 min məktəb iştirak edib.
Azərbaycan üzrə 194 məktəb, 5 min 300 şagird, təxminən 5 min 300 valideyn, 310 müəllim TIMSS-2019 beynəlxalq qiymətləndirməsinə cəlb olunub. Ölkəmiz bu tədqiqatda yalnız IV sinif şagirdləri ilə təmsil olunub.
Riyaziyyat üzrə tədqiqat nəticələrinə əsasən, ölkəmiz tarixi nəticə əldə edib. Azərbaycan şagirdləri 515 balla bu istiqamətdə tədqiqatda iştirak edən 58 ölkə arasında 28-ci yerdə qərarlaşıb. Azərbaycanın TIMSS-2019 riyaziyyat nailiyyəti 2011-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 52 ballıq artımla 463 baldan 515 bala yüksəlib. Bununla da Azərbaycan regionda ən yüksək nəticə göstərən ölkə sayılır. Təbiət fənləri üzrə isə ölkəmiz 427 balla 50-ci yerdədir.
Bundan başqa, “mükəmməl” və “yüksək” qiymətləndirmə oriyentirinə (benchmark) çatan şagirdlərimizin sayında əhəmiyyətli artım müşahidə edilib. Belə ki, 2011-ci ildə şagirdlərimizin 21 faizi riyaziyyat üzrə “mükəmməl” və “yüksək” qiymətləndirmə nailiyyəti göstəribsə, 2019-cu ildə bu nəticə 36 faiz olub.
TIMSS beynəlxalq tədqiqatının keçirilməsində başlıca məqsəd qlobal kontekstdə sistemin nailiyyət meyillərini araşdırmaq, təhsil siyasəti barədə məlumat toplamaq, yenilənmiş siyasətin təsirini qiymətləndirmək, aşağı göstəricisi olan sahələri dəqiqləşdirmək və müvafiq islahatlara təkan vermək, şagirdlərin riyaziyyat və təbiət elmləri üzrə biliklərinin nəticələri ilə yanaşı, öyrətmə və öyrənmə üçün ev və məktəb kontekstləri haqqında vacib məlumatlar əldə etməkdən ibarətdir.
Təhsil Nailiyyətlərinin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiya tərəfindən 1995-ci ildən etibarən və hər dörd ildən bir (1999, 2003, 2007, 2011, 2015 və 2019) keçirilən TIMSS tədqiqatı IV və VIII sinif şagirdlərinin riyaziyyat və təbiət elmləri üzrə biliklərini qiymətləndirən beynəlxalq araşdırmadır. Ümumilikdə öz təhsil sistemlərinin effektivliyini qiymətləndirmək üçün təxminən 70-ə yaxın ölkə TIMSS-in məlumatlarından istifadə edir və hər qiymətləndirmədə TIMSS-ə yeni ölkələr qoşulur.
Qeyd edək ki, ölkəmiz sonuncu dəfə TIMSS tədqiqatında 2011-ci ildə iştirak edib və yalnız IV sinif şagirdləri ilə təmsil olunub.
Tehsil-press.az