Bakı Ali Neft Məktəbində Layihələri İdarəetmə Məktəbinin yeni qrupuna qeydiyyat başlanır

Bakı Ali Neft Məktəbində Layihələri İdarəetmə Məktəbinin yeni qrupuna qeydiyyat başlanır Bakı Ali Neft Məktəbində (BANM) Layihələri İdarəetmə Məktəbinin (SPM) yeni qrupuna qeydiyyat başlanır.
Bu proqram dünyanın ən məşhur və nüfuzlu universitetlərindən biri olan ABŞ-ın Şimali Karolina ştatının Dyuk Universiteti ilə birgə həyata keçiriləcək. İlk dərs mayın 21-23-də keçiriləcək.
Məzunlar nə əldə edəcəklər?
7 Modul üzrə Dyuk Universiteti tərəfindən verilən beynəlxalq sertifikat;
İlk 3 modulu bitirdikdən sonra Dyuk Universiteti tərəfindən verilən beynəlxalq “Foundational Certificate in Project Management” sertifikatı;
Tam bitirdikdən sonra Dyuk Universiteti tərəfindən verilən beynəlxalq “Professional Certificate in Project Management” sertifikatı;
Kursu bütün modullar üzrə bitirən məzunlar adlarının qarşısına PMP və ya PhD kimi DCPM, yəni “Duke Certified Project Manager” inisiallarını əlavə edə biləcəklər.
Dəyişən dünyada tam müasir standartlar əsasında hazırlanmış proqram yeni biliklərlə yanaşı, mövcud bilikləri sistemləşdirməklə ingilis dili səviyyəsini də təkmilləşdirmək imkanı verir.
Yeni proqrama “Managing projects”, “Scheduling and cost control”, “Risk management”, “Agile&Lean”, “Project leadership”, “Management and communication”, “Contract management”, “Negotiations skills for project managers” və ya “PMP exam preparation” kimi modullar daxildir.

Tehsil-press.az

Oxşar xəbərlər