Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin təşəbbüsü, Dövlət Məşğulluq, Kiçik və Orta Biznesin İnkişafı agentliklərinin və “Gabala Hospitality Group”un birgə əməkdaşlığı çərçivəsində “Karyera və iş yarmarkası” keçirilib.
Tədbir mövcud karantin qaydalarına uyğun olaraq açıq havada və müvafiq qaydalara əməl olunmaqla təşkil edilib. “Karyera və iş yarmarkası”ını açan Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Qalib Nəbiyev tədbirin məqsədinin işsiz və işaxtaran şəxslərin əmək bazarına çıxışının dəstəklənməsi, onların məşğulluğunun təminatı olduğunu diqqətə çatdırıb. Bu tədbir, həmçinin turizm müəssisələrinə gənc və peşə təhsilli peşəkarları tanıtmağı və potensial işçilər tapmalarına dəstək göstərməyi nəzərdə tutur.
Tədbirdə Qəbələ Rayon İcra Hakimiyyətinin, Kiçik və Orta Biznesin İnkişafı, Dövlət Məşğulluq agentliklərinin, “Gabala Hospitality Group”un, Qəbələ Dövlət Bədii-Tarix Qoruğunun, Gənclər İdman İdarəsinin nümayəndələri çıxış edərək ölkədə aparılan sosial-iqtisadi inkişaf, əhaliyə göstərilən dövlət dəstək mexanizmləri və proqramlar haqqında geniş məlumat veriblər.
“Karyera və iş yarmarkası”na rayonda turizm istiqaməti üzrə fəaliyyət göstərən 9 müəssisə tərəfindən 225 vakant yer çıxarılıb. Yarmarkaya 250-dən çox işsiz və işaxtaran vətəndaş qatılıb, 132 nəfər müxtəlif peşə və ixtisas sahibinin tərcümeyi-halları qəbul edilib. Digər iştirakçılara əmək bazarında lazım olan bacarıqlar üzrə təlimatlar verilib, öz karyera hədəflərini təyin etməyə kömək göstərilib. Vakant iş yerləri təklif edən müəssisələrin nümayəndələri işsiz və işaxtaran şəxslərə peşə bacarıqlarına, əmək vərdişlərinə və seçimlərinə uyğun boş iş yerlərinə göndəriş veriblər.
Tehsil-press.az