Xəzər Universiteti “World Bank eLibrary” elektron kitabxanasından pulsuz istifadə edəcək

Xəzər Universiteti “World Bank eLibrary” elektron kitabxanasından pulsuz istifadə edəcək Xəzər Universitetinin Kitabxana-İnformasiya Mərkəzi “World Bank eLibrary” elektron kitabxanasından mayın 31-dək pulsuz istifadə edəcək.
Dünya Bankının elektron kitabxanası təhsil müəssisələri üçün abunə əsasında fəaliyyət göstərən veb-saytdır və 2003-cü ildən tədqiqatçı və kitabxanaçıların elmi araşdırmalarda olan ehtiyaclarını təmin etməyə xidmət göstərir. Sistem tədqiqatçılara 1990-cı ildən etibarən Dünya Bankının rəsmi nəşrləri və jurnallarına, hesabatlarına, məlumatlarına sürətli və asan giriş imkanı yaradır. Elektron kitabxanadakı məzmun ən yüksək akademik və redaktə standartlarına uyğun yazılıb hazırlanır. İstifadəçilər Dünya Bankının bütün akademik tədqiqatları və elmi nəşrlərinə tam və birbaşa girişlə təmin olunurlar - əksər istifadəçilər “Creative Commons Attribution” (CC BY) lisenziyası ilə təmin olunur.

Tehsil-press.az



Oxşar xəbərlər