Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsində tədris planlarında nəzərdə tutulan nəzəri və təcrübi hazırlığı tam yerinə yetirmiş və elmi-tədqiqat işini uğurla başa çatdırmış II kurs magistrantlarının dissertasiya işlərinin ilkin müzakirəsi keçirilib.
Müzakirələrdə üç kafedra üzrə altı ixtisaslaşmada təhsil alan magistrantlar dissertasiya işlərinin ilkin müzakirələrini uğurla yekunlaşdırıblar.
Magistrantlar - Lamiyə Süleymanlı, Sünbül Zalova, Xanım Cəfərova, Nigar Abbasova, Yetər Kərimova, Çin Xalq Respublikasından olan əcnəbi tələbələr Liu Xiaonan və Vang Veinin tədqiqat işi ətraflı müzakirə edilib və qiymətləndirilib.
Müzakirələrdə Jurnalistika fakültəsinin dekanı Vüqar Əliyev, kafedra müdirləri və fakültənin professor-müəllim heyəti çıxış edərək pandemiya şəraitinə baxmayaraq magistrantların dissertasiya işlərini müfəssəl yazmaqlarını təqdirəlayiq hal hesab edib, elmi rəhbərlər və kafedralar tərəfindən tədqiqat işlərinə məsuliyyətli yanaşmanı yüksək qiymətləndiriblər.
Tehsil-press.az