UNEC-də magistr dissertasiyalarının müdafiəsi başa çatıb

UNEC-də magistr dissertasiyalarının müdafiəsi başa çatıb Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Beynəlxalq Magistratura və Doktorantura Mərkəzində (BMDM) magistr dissertasiyalarının onlayn müdafiəsi uğurla başa çatıb.
Ölkədəki mövcud vəziyyət nəzərə alınaraq, builki magistr dissertasiya müdafiələri distant formada UNEC Extern Mərkəzinin texniki imkanları vasitəsilə onlayn təşkil olunub. Müdafiə prosesi Elmi şuranın təsdiqlədiyi qaydalara uyğun aparılıb. BMDM-də fəaliyyət göstərən 14 komissiyanın iştirakı ilə iki həftə ərzində ümumilikdə 430 magistrant dissertasiyasını uğurla müdafiə edib. Onlardan 428 nəfəri müvəffəq qiymət alaraq məzun olub.
Mövcud pandemiya vəziyyəti ilə əlaqədar cari müdafiə sessiyasında iştirak edə bilməyən magistrantlar üçün avqust-sentyabr aylarında yenidən magistr dissertasiya müdafiələri təşkil olunacaq.

Tehsil-press.az

Oxşar xəbərlər