Azərbaycanın otuz ildən artıq bir dövrünü əhatə edən tarixi, ölkənin elm, mədəniyyət, iqtisadiyyat, turizm, səhiyyə və digər sahələrinin inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi hər iki dövrdə ölkədə turizmin inkişafına təkan verən bir sıra qərar və dövlət proqramları qəbul olunub, müvafiq fərman və sərəncamlar imzalanıb. Hələ Azərbaycana rəhbərlik etdiyi ötən əsrin 70-80-ci illərində ölkədə turizmlə bağlı məsələləri daim diqqətdə saxlayan dahi rəhbərin təşəbbüsü ilə qəbul edilən “Respublikada turizm və ekskursiyanın daha da inkişaf etdirilməsi tədbirləri haqqında” qərar ölkəmizdə bu sahənin inkişafına təkan verən mühüm sənəd idi.
Bu fikirləri Azərbaycan Turizm və Menecment Universitetinin Turizm və qonaqpərvərlik fakültəsinin dekanı, dosent Bahadur Bilalov söyləyib. O bildirib ki, respublikaya xarici turistlərin axını nəzərə alınmaqla və xarici turizmin maddi-texniki bazasını genişləndirmək məqsədilə 1973-cü ildə Bakıda ən böyük mehmanxana kompleksi olan “Azərbaycan” mehmanxanası istifadəyə verildi. 1978-ci ildə “İnturist”in şəbəkəsinə 200 yerlik komfortlu “Moskva” mehmanxanası əlavə edildi. Şəkidəki XVII əsrə aid olan karvansarada bərpa işləri aparılaraq o dövrün standartlarına cavab verən mehmanxanaya çevrildi və 1980-ci ildən etibarən Bakı-Şəki-Telavi-Tbilisi avtobus marşrutu (və əks istiqamətdə) ilə respublikaya gəlib-gedən xarici turistlər həmin mehmanxananın xidmətlərindən istifadə etməyə başladılar. Beləliklə də “İnturist”in Bakı bölməsinin tabeliyində yerlərin ümumi sayı 1500 olan 4 obyekti - “Azərbaycan”, “Moskva”, “İnturist” mehmanxanaları və Şəkidəki “Karvansara” turist kompleksi mövcud idi.
Ölkəmizdə turizmin normativ-hüquqi bazası ötən əsrin 70-ci illərinin ikinci yarısından formalaşmağa başladı.1980-ci illərdə Bakı şəhərinin Zuğulba kurort qəsəbəsində Beynəlxalq Gənclər Mərkəzi, paytaxtda isə “Abşeron” mehmanxanası istifadəyə verildi. Ulu Öndər Azərbaycanı ümumittifaq əhəmiyyətli rekreasiya-turizm mərkəzinə çevirmək istəyirdi. Dahi rəhbərin təşəbbüsü ilə həmin dövrdə Azərbaycanda qəbul edilən mühüm qərarlar, həyata keçirilən islahatlar həm daxili, həm də xarici turizmin inkişafına geniş imkanlar yaradırdı. Bunun nəticəsində ötən əsrin 80-ci illərində ölkəyə gələn turistlərin sayı artırdı. Respublikamızda qonaq olan turistlərin coğrafiyası Kuba, Yeni Zelandiya, Braziliya və Lüksemburqdan gələnlərin hesabına genişlənir. 1983-cü ildə Küveyt, Pakistan, İsrail və Suriyadan Azərbaycana turistlər gəlməyə başlayır. Asiya, Afrika, Latın Amerikası ölkələrindən, həmçinin Türkiyə, Kanada, ABŞ və digər ölkələrdən olan turoperatorların təmsilçilərinin Azərbaycana səfəri respublikaya artan maraqdan irəli gəlirdi.
B.Bilalov qeyd edib ki, ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra aparılan irimiqyaslı islahatlar nəticəsində Azərbaycanda siyasi və iqtisadi sabitlik təmin edildi, ölkənin beynəlxalq nüfuzu əhəmiyyətli dərəcədə yüksəldi, iqtisadiyyatın dinamik inkişafının bünövrəsi qoyuldu. İqtisadi sahədə görülən tədbirlər bazar iqtisadiyyatına əsaslanan sahibkarlıq fəaliyyətinin genişlənməsinə, yerli və xarici investisiyaların cəlb edilməsinə, müasir texnologiyaların və qabaqcıl idarəetmə təcrübəsinin tətbiqinə gətirib çıxardı. Bunların nəticəsində yeni iş yerlərinin yaradılması, rəqabətədavamlı məhsul istehsalı, son nəticədə isə ölkənin iqtisadi gücünün artırılması mümkün oldu. 1994-cü ildə “Əsrin müqaviləsi” imzalandıqdan sonra Azərbaycanın tarixində yeni mərhələ başlandı. Uğurlu neft strategiyasının həyata keçirilməsi bu sahədən əldə olunan gəlirlərin qeyri-neft sektorunun inkişafı üçün istifadəsinə imkan yaratdı.
Lakin müstəqilliyin ilk illərində turizm sahəsində Azərbaycandan xaricə gedənlərin sayı ölkəyə gələn turistlərin sayından daha çox idi. Bunun qarşısının alınması üçün turizm sahəsinin dövlət tənziminə ehtiyac duyulurdu. Turizmin dövlət tənzimlənməsi sisteminin təkmilləşdirilməsi turizm fəaliyyətinin məqsəd, prinsip və vəzifələrinə tam cavab verən yeni yanaşma tələb edirdi. Ulu Öndərin tapşırığı ilə “Turizm haqqında” Azərbaycan Respublikası Qanunu hazırlandı və 1999-cu ildə Milli Məclis tərəfindən qəbul edildi.
“Müstəqil respublikamızda 2001-ci ildə ilk dəfə olaraq 27 sentyabr - Ümumdünya Turizm Günü qeyd olundu. Sonrakı illərdə bu günün qeyd edilməsi ənənəyə çevrildi. Ölkədə turizmin sürətli inkişafını təmin etmək məqsədilə ümummilli lider Heydər Əliyevin 2002-ci il 27 avqust tarixli Sərəncamı ilə “2002-2005-ci illərdə turizmin inkişafına dair Dövlət Proqramı” təsdiq edilib, turizmin normativ-hüquqi bazasının təkmilləşdirilməsi, turizm sahəsində kiçik və orta sahibkarlıq subyektlərinin inkişafı, mövcud turizm obyektlərinin yenidən qurulması ilə yanaşı, yenilərinin yaradılması, turizmin maddi-texniki bazasının möhkəmləndirilməsi və digər tədbirlər müəyyənləşdirilmişdi. Proqramın əsas məqsədləri turizm sənayesini iqtisadiyyatın yüksək gəlir götürən sahəsinə çevirmək, sosial və ekoloji tələblərə cavab verəcək, yüksək səmərəli və rəqabət qabiliyyətli müasir turizm kompleksi yaratmaq, yeni iş yerləri açmaq və respublika iqtisadiyyatının turizmlə əlaqəli digər sahələrində dövlətin büdcəsinə gəlir gətirməkdən ibarət idi. Respublikamızda turizmin inkişafına dövlət tərəfindən qayğının artması nəticəsində bu sahədə aparılan islahatlar öz bəhrəsini verməkdə idi. Bakıda hər il beynəlxalq turizm sərgilərinin təşkili ənənəyə çevrildi. Ulu Öndərin tapşırıqlarına əsasən Azərbaycanda dünya standartlarına uyğun hotellərin inşasına başlanıldı.
Hazırda Azərbaycanda turizm sənayesi Ümummilli Liderin uzaqgörənliklə müəyyən etdiyi yolla Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilir”, - deyə Bahadur Bilalov fikrini yekunlaşdırıb.
Tehsil-press.az